“Asan tikə”
07.12.2011 - 21:00
“Asan tikə”
Sabah qadın voleybolçular arasında “Çelenc Cup”ın II təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə Azərbaycan klublarından “Lokomotiv” qüvvəsini sınayacaq.

Macarıstanın “Vaşaş” klubunu qəbul edəcək “dəmiryolçular” üçün bu oyun məşq xarakteri daşıyacaq. Çünki çox zəif olan Buxarest təmsilçisini səfərdə 3:0 hesabı ilə məğlub edən Draqutin Baltiçin yetirmələrinin Bakıda bu üstünlüyü əldən verəcəyi inandırıcı deyil.

Əksinə, sloveniyalı mütəxəssis “Vaşaş”la cavab qarşılaşmasında ehtiyat voleybolçuları meydana buraxmaqla, onların oyun təcrübəsini artıra və güclərini görə bilər. Çünki bizim meydana hər oyunda çıxmayan oyunçularımız legionersiz rəqibi məğlub etmək gücündədir.

8 dekabr

“Çelenc Cup”
II təsnifat mərhələsi


Cavab matçı

18:00. “LOKOMOTİV” (AZƏRBAYCAN) – “VAŞAŞ” (MACARISTAN)
Hakimlər: Alim Batyuk (Ukrayna), Cihat Firincioğlu (Türkiyə)
Bakı İdman Sarayı.

İlk oyun
“Vaşaş” – “Lokomotiv” – 0:3 (21:25, 11:25, 9:25)