Oksana Parxomenko: Bizi qarşıda daha gərgin oyunlar gözləyir
08.12.2011 - 00:46
“Bu bizim üçün çətin bir matç oldu. Biz əvvəlcədən də görüşün belə gərgin alınacağını bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Azərreyl”in voleybolçusu Oksana Parxomenkoya məxsusdur.
Bakı klubunun kapitanı Çempionlar Liqasının II turunda 3:1 hesabı ilə məğlub etdikləri “Foppapedretti” (İtaliya) ilə oyun barədə fikirlərini açıqlayıb: “Bu qələbə bizim üçün vacib idi. Çünki italiyalıları məğlub etməyimiz komandamızı pley-offa bir qədər yaxınlaşdırdı. Lakin heç bir arxayınçılıqdan söhbət gedə bilməz. “Azərreyl”i qarşıda daha gərgin oyunlar gözləyir”.

0
0