“Rabitə” Çempionlar Liqasının favoritidir” - FOTO
08.12.2011 - 13:30
“Rabitə” çox güclü klubdur. Onlar Çempionlar Liqasının favoritlərindən hesab olunurlar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniyanın “Dresdner” klubunun voleybolçusu Anna Mattes deyib.
Komandasının kapitanı Çempionlar Liqasının qrup mərhələsində Bakının “Rabitə” klubuna uduzmasını normal qarşılayıb. O bildirib ki, əsas hədəfləri 3-cü yer uğrunda mübarizə aparmaqdır: “Biz “Rabitə” və “Fənərbaxça”ya sensasiya sayəsində qalib gələ bilərik. Lakin hazırda növbəti turda “Myulhaus”la duel bizim üçün maraqlıdır. Onlarla oyunda ilk xalımızı qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “Rabitə” səfərdə “Dresdner”ə 3:0 hesabı ilə qalib gəlib. Almanlar voleybolçularımızdan öncə “Fənərbaxça”ya da eyni hesabla uduzub.

0
0