Nadir Nəsibov: Türkiyə təcrübəsindən yararlanacağıq
08.12.2011 - 16:30
Türkiyə Basketbol Federasiyasının (TBF) prezidenti Turqay Dəmirəl maraqlı iddia ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, TBF rəhbəri Qafqaz ölkələrindən Ərəb ölkələrinə kimi basketbolun inkişafı və sevilməsi üçün ortaq layihələr həyata keçirmək istədiklərini açıqlayıb.
O bildirib ki, bu ölkələrin bir neçəsi ilə artıq birgə işlərə başlayıblar. Dəmirəlin sözlərinə görə, başda Azərbaycan olmaqla, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə layihələrə start verilib: “Türkiyə dünyada aparıcı basketbol ölkələrindən sayılır. Bölgəmizdəki bir çox ölkəyə ikili razılıqla köməklik edirik. Burada basketbolun inkişafı, sevilməsi və oradakı gənclərin yetişməsində öz töhfəmizi veririk. Çünki bu ölkələrdə idmanın bu növünün səviyyəsi bizlə eyni deyil. Fərqli yaş kateqoriyalarında köməkçi oluruq. Məsələn, Azərbaycan yığmasında Ləvənt Türknaz menecer kimi çalışır. Buna oxşar köməkliklə bütün adlarını sadaladığım ölkələrə yardımçı oluruq. Türkiyənin hər sahədə dostluq tellərini gücləndiririk”.
Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov da bundan məmnun olduğunu deyib. O bildirib ki, Türkiyə ilə bir çox işlər görürlər: “Yığmamız Avro-2013-ün seçmə mərhələsində iştirak edəcək. Bu işdə Türkiyə bizə çox kömək edir. Basketbolçuların inkişafı üçün öz məsləhətlərini verirlər. Komandamızda da hazırda türkiyəli mütəxəssislər də var. Bizə məşqçilik təhsilində də dəstək verirlər. Hazırda Türkiyə basketbolundakı təcrübədən yararlanmaq istəyirik”.
Qeyd edək ki, Azərbaycan millisinin basketbolçusu Renat Urazayev karyerasını Türkiyədə davam etdirir. O, “Zirvə Universiteti” (Qaziantəp) klubunda həm oynayır, həm də təhsil alır.
Onunla yanaşı, qonşu ölkədə yığmamızın üzvlərindən Çarlz Devis “Banvitspor”da, Rasim Başak isə “Antalya Böyükşəhər Bələdiyyəsispor”da forma geyinirlər.

0
0