“Türkiyə və Azərbaycan komandaları şanslıdırlar”
08.12.2011 - 18:48
“Türkiyə və Azərbaycan komandaları şanslıdırlar”
Türkiyə yığmasının və “Əczaçıbaşı” klubunun voleybolçusu Neşve Büyükbayram Çempionlar Liqasında güclü komandaların adlarını açıqlayıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 21 yaşlı orta sahə oyunçusu 2012-ci ilin martında Bakıda keçiriləcək “Dördlər finalı” üçün favoritlərini müəyyənləşdirib.

O bildirib ki, Çempionlar Liqasının qalibi Türkiyə və ya Azərbaycan klublarından biri olacaq: “Bu turnirdə mübarizə aparan “Əczaçıbaşı”, “Fənərbaxça” və “Vakıfbank TTelekom” çox güclüdür. Əgər onlar “Dördlər finalı”na kimi bir-biri ilə oynamasalar, yarımfinala kimi irəliləyə bilərlər. Bakının “Rabitə” komandası da çox güclüdür. Fikrimcə, bu dəfə Rusiya və İtaliya klublarının əvəzinə daha çox Türkiyə və Azərbaycan təmsilçiləri şanslıdırlar”.