“Lokomotiv” “Çelenc Cup”ın favoritidir”
09.12.2011 - 00:20
“Lokomotiv” “Çelenc Cup”ın favoritidir”
“Lokomotiv” bizdən qat-qat güclü oyun nümayiş etdirdi. Bunun da nəticəsi olaraq, onlar qələbə qazandılar”. Apasport.az saytının məlumatına görə, bunu “Vaşaş”ın voleybolçusu Yuliya Milovits deyib.

O, “Çelenc Cup” turnirinin II təsnifat mərhələsində Bakının “Lokomotiv” klubuna hər 2 oyunda 0:3 hesabı ilə uduzmalarını avrokuboklarda lazımı təcrübələrinin olmaması ilə əlaqələndirib: “Biz rəqibdən fərqli, “Çelenc Cup”da debüt edirdik. Bunun üçün oyunumuz alınmadı. Bakı klubu isə yarışda titul qazanmaq gücündədir. Fikrimcə, onlar bu yarışın favoritlərindəndir”.