“Azərreyl”i zirvədən saldılar
09.12.2011 - 09:53
“Azərreyl”i zirvədən saldılar
Qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu oyun günündə Bakının “Azərreyl” klubu ilə D qrupunda yer alan “Vakıfbank TTelekom” (Türkiyə) “Tomis”i (Rumıniya) sınağa çəkib.

ÇL-in son qalibi olan istanbullular Konstanta təmsilçisini asanlıqla məğlub edib – 3:0 (25:20, 25:19, 25:16).

“Vakıfbank TTelekom”ın ikinci “quru hesablı” qələbəsi “Azərreyl”in qrup liderliyini itirməsi ilə nəticələnib. Belə ki, hər 2 komandanın xalları eyni olsa da, rəqib set fərqində Faiq Qarayevin yetirmələrini qabaqlayıb.

Vakıfbank TTelekom2206-06
Azərreyl2206-16
Foppapedretti2021-60
Tomis2020-60


Qeyd edək ki, III turda “Azərreyl” “Vakıfbank TTelekom”ı, “Tomis” “Foppapedretti”ni qəbul edəcək.