Xorvatiya və Kipr klubları Bakıya gəlir
09.12.2011 - 10:07
“Bakı” və “Lokomotiv” voleybol klublarının “Çelenc Cup”ın 1/16 final mərhələsində rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışın debütantı olan “Bakı” növbəti mərhələdə Kiprin “Apollon” komandası ilə qarşılaşacaq.
CEV kubokunun 1/16 finalında Türkiyənin “Qalatasaray” klubuna hər 2 oyunda uduzan (0:3) Limassol təmsilçisi “Lokomotiv”lə ilk görüşünü Bakıda, cavab matçını isə evdə keçirəcək.
Ötən mövsüm “Çelenc Cup”ın finalına kimi irəliləyən “Lokomotiv” 1/16 finalda Xorvatiyanın “ZOK Split” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. CEV kubokunda Krasnodar “Dinamo”sunun mübarizədən kənarlaşdıraraq “aşağı divizion”a göndərdiyi rəqib ilk matçını evdə keçirəcək.
Qeyd edək ki, “Çelenc Cup”ın 1/16 final mərhələsinin ilk oyunları 2012-ci ilin yanvarının 10-12-də, cavab matçları isə 1 həftə sonra baş tutacaq.

0
0