“Bakı”nı dayandıran tapılacaqmı?
10.12.2011 - 00:02
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının III turunun oyunları baş tutacaq. Apasport.az saytının məlumatına görə, ikinci dəfə “Azərreyl”in istirahət edəcəyi çempionatda digər komandalar meydana çıxacaqlar.
Tur Super Liqanın lideri “Bakı”nın oyunu ilə açılacaq. Ancelo Vercesinin yetirmələri debütant “Azəryolservis”i qəbul edəcəklər. Braziliyalı çalışdırıcının rəhbərli altında 6 oyuna (2 Super Liqa, 4 “Çelenc Cup”) çıxan və hələ də məğlubiyyət acısı yaşamayan “Bakı”nın bu dəfə də xal itirəcəyi inandırıcı görünmür.
Düzdür, Azərbaycan milli komandasının və “Azərreyl”in bazası kimi yaradılan “Azəryolservis” rəqibinə ciddi müqavimət göstərəcək. Lakin onların ən yaxşı halda əvvəlki 2 matçda olduğu kimi yenə 1 setdə qələbə sevinci yaşayacağı inandırıcıdır.
Günün ikinci matçı maraqsız keçəcək. Çünki “Lokomotiv”dən fərqli, qarşısına heç bir iddia qoymayan “Lokomotiv Biləcəri”nin “böyük bacılarına” uduzacaqlarını əvvəlcədən də söyləmək olar. Debütantın dekabrın 8-də “Çelenc Cup”da çıxış edən Draqutin Baltiçin yetirmələrinin yorğunluğundan istifadə etməsi də mümkündür. Lakin hər halda sloveniyalı mütəxəssis ehtiyat voleybolçulara yer versə belə “Lokomotiv Biləcəri”in qələbə qazanması çox çətindir.
Turun mərkəzi görüşü “İqtisadçı” və “Rabitə” arasında olacaq. Son mövsümün qızıl və bürünc mükafatçılarının duelində Zoran Qayiçin yetirmələri favorit olsalar da, “universitet komandası”nın ciddi müqavimət göstərəcəyi sözsüzdür. Stabil oyun nümayiş etdirməyən “İqtisadçı”nın üstünlüyü ondadır ki, onlar “Rabitə”dən fərqli, növbəti həftədə avrokubok oyununa çıxmayacaqlar. Bunun üçün çempionların ehtiyatlı oynayacağı proqnozlaşdırılır. Amma bütün bunlara baxmayaraq, “Rabitə”dən xal almaq çox çətin olacaq.
11 dekabr
III tur
15:00. “Bakı” – “Azəryolservis”
Hakimlər: Ceyhun İsmayılov, Konstantin Selin
17:00. “Lokomotiv” – “Lokomotiv Biləcəri”
Hakimlər: Fuad Ağayev, Rüstəm Cəfərov
19:00. “İqtisadçı” – “Rabitə”
Hakimlər: Vüqar Cəfərov, Eldar Zülfüqarov
Qeyd edək ki, oyunların hamısı Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

1. Bakı | 2 | 2 | 0 | 6-0 | 4 |
---|---|---|---|---|---|
2. Rabitə | 1 | 1 | 0 | 3-0 | 2 |
3. Azərreyl | 1 | 1 | 0 | 3-1 | 2 |
4. İqtisadçı | 2 | 1 | 1 | 3-4 | 3 |
5. Azəryolservis | 2 | 0 | 2 | 2-6 | 2 |
6. Lokomotiv | 1 | 0 | 1 | 0-3 | 1 |
7. “Lokomotiv Biləcəri” | 1 | 0 | 1 | 0-3 | 1 |

0
0