“Rabitə” üçün polşalı
12.12.2011 - 12:42
“Rabitə” üçün polşalı
Qadın voleybolçular arasında Çempionlar Liqasının III turunun oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda analoji yarışın son qalibi “Vakıfbank TTelekom”la “Azərreyl”i oyuna əsas referi kimi israilli Qad Eizikovits çıxaracaq. Ona köməkliyi Bolislav Pobornikov (Bolqarıstan) edəcək.

Türkiyədə “Fənərbaxça”nın qonağı olacaq “Rabitə”nin oyununda isə baş hakim funksiyasını polşalı Marek Lagierski yerinə yetirəcək. II referi isə Georgios Karampetsos (Yunanıstan) olacaq.

Qeyd edək ki, “Azərreyl” – “Vakıfbank TTelekom” dekabrın 14-də, “Fənərbaxça” – “Rabitə” matçı isə bir gün sonra olacaq.