Faiq Qarayev üçün prinsipial oyun
12.12.2011 - 15:03
Faiq Qarayev üçün prinsipial oyun
“Vakıfbank TTelekom”la oyun “Azərreyl”in baş məşqçisi Faiq Qarayev üçün xüsusi əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, 1990-cı illərdə bu komandanı çalışdıran və onlarla kifayət qədər uğur qazanan təcrübəli mütəxəssis bu dəfə Bakı təmsilçisinin “sükanı arxası”nda Türkiyə komandasına qarşı mübarizə aparacaq.

Qarayev Çempionlar Liqasının qrup mərhələsinin III turunda qarşılaşacaqları “Vakıfbank TTelekom”la oyunda güclünün qələbə qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, hər 2 komanda mövsümə çox gözəl başlayıb və maraqlı matç olacaq: “Türklər bizə çox yaxındırlar. Şübhəsiz ki, xalqlarımız arasında özünəməxsus qardaşlıq var. Onlar Azərbaycana qarşı oynamayanda, həmişə dəstəyimizi nümayiş etdiririk”.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasının son qalibi “Vakıfbank TTelekom”la dekabrın 14-də qarşılaşacaq.
0