“Bakı”nın oyununun vaxtı dəyişdirildi
12.12.2011 - 15:16
“Bakı”nın oyununun vaxtı dəyişdirildi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimində dəyişiklik edilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, dekabrın 18-də IV tur çərçivəsində baş tutmalı olan “Lokomotiv Biləcəri” – “Bakı” matçının vaxtı qabağa çəkilib.

Belə ki, debütantla çempionatın lideri sabah üz-üzə gələcəklər. Voleybol Federasiyasının idman zalında keçiriləcək görüş saat 14:00-da başlayacaq.

Qeyd edək ki, 3 turdan sonra “Bakı” maksimum nəticə ilə birinci olduğu halda, “Lokomotiv Biləcəri” bir setdə qələbəyə belə həsrətdir.