“Azərbaycanlı qızlar istənilən rəqibdən qorxmadıqlarını artıq göstəriblər”
12.12.2011 - 15:27
“Azərreyl”lə oyun bizim üçün həddən artıq vacibdir. Çünki biz ötən mövsüm Çempionlar Liqasının, rəqib isə “Çelenc Cup”ın qalibi olub”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Vakıfbank TTelekom” voleybol klubunun baş məşqçisi Covanni Quidetti deyib.
İtaliyalı çalışdırıcı dekabrın 14-də Bakıda qarşılaşacaqları “Azərreyl”lə görüşə münasibət bildirib. Onun sözlərinə görə, ilk 2 turda qələbə qazanan hər 2 klub arasında görüş mühüm əhəmiyyət kəsb edir: “Bu oyun qrup liderliyi baxımından vacibdir. Yəqin ki, kimin növbəti mərhələyə birinci yerlə çıxacağı öz aramızdakı oyunların nəticəsinə əsasən müəyyənləşəcək. “Vakıfbank TTelekom” çox təcrübəli komandadır. Azərbaycanlı qızlar isə istənilən rəqibdən qorxmadıqlarını artıq nümayiş etdiriblər”.
Qeyd edək ki, “Azərreyl” – “Vakıfbank TTelekom” matçı “Sərhədçi” Olimpiya Mərkəzində olacaq.

0
0