Oksana Parxomenko: Türkiyə voleybolunu çox yaxşı bilirik
12.12.2011 - 16:15
“Çempionlar Liqasının qalibi ilə oyun çox ağır olacaq. Ancaq biz bilirik ki, maksimal nəticə qazana bilərik”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl” klubunun kapitanı Oksana Parxomenko deyib.
Təcrübəli toppaylayıcı dekabrın 14-də Çempionlar Liqasının III turu çərçivəsində baş tutacaq “Azərreyl” – “Vakıfbank TTelekom”la oyunun gərgin keçəcəyini bildirib. Parxomenkonun fikrincə, baş məşqçiləri Faiq Qarayevin və heyətdə yer alan bəzi aparıcı voleybolçuların Türkiyədə çalışmaları işlərinə yarıyacaq: “Baş məşqçimiz və bəzi oyunçularımız Türkiyə voleybolunu çox yaxşı bilirlər. Bu, qarşıdakı matçda bizə kömək olacaq”.
Qeyd edək ki, 27 yaşlı voleybolçumuz qonşu ölkədə “Yeşilyurt” və “Fənərbaxça” klublarında çıxış edib. “Sarı-lacivərdlilər”lə Super Liqanın gümüş mükafatına sahib olub.

0
0