Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
13.12.2011 - 16:24
Təxirə salınmış oyunun vaxtı müəyyənləşdi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I turdan təxirə salınmış “Azərreyl” – “Lokomotiv Biləcəri” oyununun vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri debütantla dekabrın 17-də qarşılaşacaqlar.

Voleybol Federasiyasının idman zalında baş tutacaq görüş saat 12:00-da başlayacaq.

Qeyd edək ki, çempionatda “Azərreyl” 1 oyun keçirib və həmin görüşdə də qələbə qazanıb. Lakin “Lokomotiv Biləcəri” meydana çıxdığı hər 3 görüşdə məğlubiyyət acısı yaşayıb.