Finlandiya - Azərbaycan görüşünün vaxtı açıqlandı
14.12.2011 - 13:19
Finlandiya - Azərbaycan görüşünün vaxtı açıqlandı
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçiriləcək XXIV ənənəvi beynəlxalq turnirin təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq 1994-cü il təvəllüdlülərdən ibarət Azərbaycan yığması ilk oyununu Finlandiyaya qarşı keçirəcək. Növbəti matçda isə komandamız Sanki-Peterburq şəhərinin yığması ilə görüşəcək.


B qrupu

4 yanvar
16:30. Finlandiya – Azərbaycan

5 yanvar
19:00. Azərbaycan – Sanki-Peterburq

8 yanvar
5-8-ci yerlər uğrunda
12:00. 2C-2D
14:00. 2A-2B

9-12-ci yerlər uğrunda
14:00. 3C-3D
16:30. 3A-3B

1-4-cü yerlər uğrunda
16:30. 1C-1D
19:00. 1A-1B

10 yanvar
12:00. 7-ci yer uğrunda
14:00. 5-ci yer uğrunda
14:00. 11-ci yer uğrunda
16:30. 3-cü yer uğrunda
16:30. 9-cu yer uğrunda
19:00. Final

Qeyd edək ki, 2012-ci il yanvarın 4-10-da keçiriləcək turnirin А qrupunda Rusiya, Belarus, Litva, С qrupunda İtaliya, Yunanıstan, Ukrayna və D qrupunda Çexiya, Türkiyə, Latviya yığmaları yer alıblar.