Rəqiblərimiz mövqelərini qorudular
26.12.2011 - 09:55
Rəqiblərimiz mövqelərini qorudular
Bakının “Azərreyl” və “Rabitə” klublarının Çempionlar Liqasındakı rəqibləri “Vakıfbank TTelekom” və “Fənərbaxça” Türkiyə Super Liqasında növbəti oyunlarını keçiriblər. Apasport.az saytının görə, hər 2 İstanbul komandası turu qələbə ilə başa vurub.

Belə ki, “Azərreyl”lə D qrupunda yer alan “Vakıfbank Ttelekom” “Pursaklar” klubunu sınağa çəkib və 3:0 (26:24, 25:21, 25:22) hesabı ilə qalib gəlib. Bununla da onlar III pillədəki yerlərini qoruyublar.

Ötən həftə Bakıda “Rabitə”yə uduzan “Fənərbaxça” isə qisasını “İBA Kimya TED Kolejliler”dən çıxıb – 3:0 (25:7, 25:20, 25:23). “Sarı bülbüllər” keçirdikləri 9 matçda 9-cu qələbələrini qazanaraq, liderliklərini davam etdirirlər.