Kovalenkonun komandası gerilədi
27.12.2011 - 10:00
Qadın voleybolçular arasında İtaliya A seriyasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan milli komandasının üzvü Kseniya Kovalenkonun şərəfini qoruduğu “Kariparma” “Novara”nın qonağı olub.
Oyun ev sahiblərinin açıq üstünlüyü şəraitində keçib və 3:0 (25:19, 25:22, 25:23) hesabı ilə qələbə qazanıblar. Blokçumuz Kovalenko yenə əsas heyətdə oynayıb və 6 xal toplayıb.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Kariparma” 7-ci pillədəki yerini itirib. Aktivində 12 xalı olan Parma təmsilçisi 8-ci yerə düşüb.

- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
0
0