“Beşiktaş”ın məşqçisi Bakı klubu ilə anlaşdı
06.02.2012 - 09:56
“Beşiktaş”ın məşqçisi Bakı klubu ilə anlaşdı
“İqtisadçı” voleybol klubu yeni baş məşqçi ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, universitet komandasını mövsümün sonunadək Eldar Əliyevin çalışdıracağı bildirilsə də, artıq türkiyəli Bülənt Karslıoğlu klubun “sükanı arxası”na gətirilib.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Karslıoğlunun son çalışdığı komanda “Beşiktaş” olub. O, burada köməkçi-məşqçi işləyib. Gənc mütəxəssis “ağ-qaralar”dan öncə “Gentaş”, “Göztəpə”, “Urfa”, “Türk Telekom” və “Qazi Universiteti” klublarında çalışıb.

Qeyd edək ki, Karslıoğlu “İqtisadçı”nı çalışdıracaq ikinci türkiyəli olacaq. Ötən mövsüm bu komandanı Rəşad Yazıçıoğulları çalışdırırdı. Bakı təmsilçisi isə 2011/2012 mövsümünə italiyalı Emanuele Sbano ilə başlasa da, sonra onu Eldar Əliyevlə əvəzləmişdi.