“Atom”un kapitanı da Bakıya gəlmədi
08.02.2012 - 12:02
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə” ilə qarşılaşacaq “Atom” (Polşa) daha bir ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, maddi sıxıntı içərisində çabalayan Sopot təmsilçisi türkiyəli Nəriman Özsoy, ispaniyalı Amaranta Fernandesin ardından kapitan Dorota Svienieviçin də xidmətindən mərhum olub.
Belə ki, 40 yaşlı polşalı karyerasını bitirdiyini rəsmən elan edib. Milli komandasının heyətində 2 dəfə Avropa çempionu olan və “Peruca” ilə Çempionlar Liqasının qızıl medalını qazanan Dorota bu səbəbdən Bakıya da gəlməyəcək. Onun əvəzində Polşa çempionatının son turunda maaşlarını ala bilmədikləri üçün etiraz edərək meydana çıxmayan almaniyalı Koriana Ssusçk-Voiqt və Marqareta Kozuç isə “Rabitə”yə qarşı oynamağa qərar veriblər.
Lakin “Atom” rəhbərliyi yenə də çətin vəziyyətdədir. Bu dəfə komandanın amerikalı legionerləri Alişa Qlass və Meqan Hud Azərbaycan çempionu ilə görüşdə meydana çıxmayacaqlarını bildiriblər. Amma onlarla danışıqların müsbət yekunlaşacağı istisna deyil.
Qeyd edək ki, “Atom” ilk matçda 3:1 hesabı ilə qələbə qazanıb. Cavab oyunu isə sabah olacaq.

0
0