Rəfiqə Şabanova: Fikrimcə, komandamız öz oyununu tənzimləyəcək
26.03.2012 - 10:00
Rəfiqə Şabanova: Fikrimcə, komandamız öz oyununu tənzimləyəcək
“Bilirdim ki, Belarusda Bakıdakından daha yaxşı oynayacağıq. Bu obyektiv səbəblərlə bağlıdır”. Apasport.az saytının məlumatına görə, bunu qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəfiqə Şabanova deyib.

Olimpiya çempionumuz Avro-2012-nin seçmə mərhələsində Belarusa 25:33 hesablı məğlubiyyəti şərh edib. O bildirib ki, ardıcıl ikinci dəfə uduzmalarında yolun uzaqlığı da öz sözünü deyib: “Çox çətin yol qət etdik. Demək olar ki, oyunun keçiriləcəyi Mogilyova yetişmək üçün bir günümüz getdi və bu da məğlubiyyətin səbəblərindən biri idi. Hazırda bizdə çempionat keçirilmir. Bu vəziyyətdə biz tam oyunumuzu göstərə bilmirik. İndi düşərgəmizə legionerlər gəlib. Fikrimcə, Azərbaycan yığması öz oyununu tənzimləyəcək və biz yaxşı rəqiblərə layiqli müqavimət göstərə biləcəyik”.

Qeyd edək ki, belaruslular Bakıda keçirilən oyunda yığmamızı 31:21 hesabı ilə məğlub ediblər.