Yığmamızın voleybolçusu A seriyası ilə vidalaşdı
26.03.2012 - 16:07
Yığmamızın voleybolçusu A seriyası ilə vidalaşdı
Azərbaycan milli komandasının voleybolçusu Kseniya Kovalenko İtaliyanın “Kariparma” klubu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, mövsümün əvvəlində Apennin yarımadasına yollanan blokçumuzun Parma təmsilçisi ilə belə tez vidalaşmasına səbəb komandanın pley-off mərhələsinə yüksələ bilməməsi olub.

Belə ki, “Kariparma” A seriyasında çıxışını vaxtından əvvəl dayandırdığından Kovalenko düşərgədən ayrılıb. Onun növbəti mövsümdə harada çıxış edəcəyi isə hələ dəqiqləşməyib. Lakin voleybolçunun növbəti ildə Türkiyə və ya Azərbaycan klubları arasında seçim edəcəyi bildirilir.

Qeyd edək ki, Kseniyanın həmişə start heyətində meydana çıxdığı “Karimarma” təsnifat mərhələsini 9-cu yerdə bitirib.