CEV kuboku Bakıya gətirir
27.03.2012 - 10:40
CEV kuboku Bakıya gətirir
“Çelenc Cup” turnirində Azərbaycan klubları “Bakı” və ya “Lokomotiv”ə kuboku kimin təqdim edəcəyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu Avropa Voleybol Konfederasiyasının (CEV) vitse-prezidenti Banu Can olacaq.

CEV rəsmisi Bakıya final mərhələsinin ikinci “Lokomotiv” – “Bakı” oyunundan əvvəl təşrif buyuracaq. O, ötən il olduğu kimi yenə “Çelenc Cup”ı paytaxtımıza gətirəcək. Qalib isə aprelin 1-də müəyyənləşəcək.

Qeyd edək ki, Can 2010/2011 mövsümündə də “Azərreyl” üçün kuboku ölkəmizə gətirmişdi.