Super Liqada final mərhələsinin oyunlarının vaxtı açıqlandı
27.03.2012 - 23:01
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin keçirilmə tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2 turdan ibarət olacaq həlledici mərhələ aprelin 4-də start götürəcək.
4 gün davam edəcək oyunlardan sonra (8 aprel) komandalara yenidən istirahət veriləcək. II turun matçları isə aprelin 11-15-də olacaq.
Qeyd edək ki, final mərhələsində “Rabitə”, “Azərreyl”, “Bakı”, “Lokomotiv” və “İqtisadçı” klubları mübarizə aparacaqlar. Onlar həlledici oyunlara xalsız başlayacaqlar.

0
0