“Lokomotiv” “Bakı”dan qisasını aldı - YENİLƏNİB
28.03.2012 - 20:22
“Lokomotiv” “Bakı”dan qisasını aldı -  YENİLƏNİB
Bu gün “Çelenc Cup”da Azərbaycan klubları arasında olacaq final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələnin ilk görüşündə “Bakı” “Lokomotiv”i qəbul edib. Super Liqadakı hər 2 görüşdə “Bakı”nın qalib gəlməsinə baxmayaraq, bu dəfə “dəmiryolçular” daha güclü olublar.

“Lokomotiv” ilk 2 setdə eyni – 25:23 hesabı ilə qalib gəlsə də, sonrakı setlərdə məğlub olub. Lakin setlərin hesabını bərabərləşdirən “Bakı”nın bundan artığına gücü çatmayıb. “Lokomotiv” tay-brekdə qalib gələrək cavab oyunu ərəfəsində üstünlük əldə edib.



“Çelenc Cup”
Final mərhələsinin ilk oyunu
28 mart


“BAKI” (AZƏRBAYCAN) – “LOKOMOTİV” (AZƏRBAYCAN) - 2:3 (23:25, 23:25, 25:17, 25:15, 13:15)
Hakimlər: Kari Partiaymen (Finlandiya), Dəniz Dəmir (Türkiyə)
Heydər Əliyev adına İdman-Konsert Kompleksi