“Bakı hər tərəfində tikinti gedən meqapolisdir”
28.03.2012 - 18:56
“Hələ 6 il əvvəl Hollandiya yığmasının heyətində Bakıya gəlmişdim. Lakin mini-turnirdə oynamaqla, uzunmüddətli bir komandada qalmaq tam fərqli şeylərdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət “Bakı” voleybol klubunun üzvü Yanneke van Tihinen deyib.
Azərbaycanda oynamağından razı olan voleybolçu bildirib ki, Bakı onu xeyli təəccübləndirib: “Bura hər tərəfində tikinti gedən meqapolisdir. Mən burada oynamağıma şadam. Finalda qarşılaşacağımız “Lokomotiv”lə bir-birimizi çox yaxşı tanıyırıq. Axı Azərbaycanda bütün klublar eyni şəhərdə - paytaxtda məskunlaşıb. Bu isə çox yaxşıdır. Bir-birimizlə daim ünsiyyətdə ola bilirik. Azərbaycana gəlməyi macəra kimi qəbul etdim və bu çox xoşuma gəlir”.
Hollandiyalı çempionat və “Bakı” haqda da danışıb: “Çıxış etdiyim klubun cəmi 2 yaşı var. Bu üzdən müəyyən çatışmazlıqlar var. Lakin hamı işə köklənib. Çempionatın gedişində reqlament dəyişdi. Federasiya rəhbərliyi final mərhələsində 5 komanda görmək istədi. Belə daha maraqlı olacaq. Burada güclü komandalar var, legioner limiti yoxdur. Bu isə inkişaf etmək üçün imkan deməkdir”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0