“Bu il çempion olmalıyıq” - MÜSAHİBƏ
28.03.2012 - 23:01
Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyevin apasport.az saytına müsahibəsi
- Millinin təlim-məşq toplanışına yekun vuruldu. Legionerlərsiz keçən bu hazırlıq komandaya hansı baxımdan əhəmiyyətli oldu?
- Deyərdim ki, bu dəfəki məşqlərin millimizə çox böyük xeyri olacaq. Çünki əsasən gənclərə üstünlük verdik və onların özlərini necə göstərdiklərinin şahidi olduq. Bişkekdə keçirilən “Novruz-2012” beynəlxalq turnirdə hamısı yaxşı çıxış etdilər və üçüncü dəfə bu turnirin qalibi olmağımıza köməklik etdilər. Bu, həmçinin onların oyun təcrübəsi baxımından da böyük əhəmiyyətə malikdir. Çünki biz sentyabrdan sonra bir yerdə oynamamışdıq. 15 gün burada ardınca Qırğızıstanda hansı gücə malik olduğumuzu gördük, çatışmazlığımız üzə çıxdı. Artıq hər bir basketbolçu öz klubunun düşərgəsindədir. Fikrimcə, Azərbaycan basketbolu nə udsa bu, bizim qazancımızdır.
- Sizi qarşıda Avropa çempionatının seçmə mərhələsi kimi çətin yarış gözləyir. Növbəti təlim-məşq toplanışını nə vaxta planlaşdırırsız?
- Bəlkə yayda yenidən bir araya gəldik. İyunun sonu, iyulun əvvəlində Ukrayna millisi ilə qarşılaşmağı planlaşdırırıq. Həmin ərəfədə orada beynəlxalq turnir olacağından, legionerlərimiz də düşərgəmizə gələcək.
- Yığmamızın üzvləri 4 ölkədə - Kanada, Rusiya, Türkiyə və İspaniyada çıxış edirlər. Maraqlıdır, heç gedib onların çempionat oyunlarını izləyib, vəziyyətləri ilə yerində tanış olursuzmu?
- Xeyr, bu ancaq internet vasitəsilə olur. Oyunlarını araşdırırıq, necə oynamasını protokola əsasən müzakirə edirik. Lakin Rusiyada oynayan Aleksandr Rındinı daha çox diqqət ayırıram. Hazırda əlimdə onun 3 oyunun videoyazısı var. Həmçinin, yığmamızın meneceri türkiyəli olduğundan burada çıxış edən basketbolçularımızın görüşlərinin yazısını türklər bizə göndərirlər. Deyə bilərəm ki, bütün legionerlərimiz daimi oynayır, yaxşı formadadırlar.
- Bəs Litvada çıxış edən Rolando Əliyevin məsələsi nə yerdə qaldı? O, hələ seçim etməyə tələsmir?
- Bilirsiz, Əliyevdən başqa bütün basketbolçuların sənədlərini toplamışıq. Yalnız Rolando qalıb. O, deyir ki, Azərbaycan yığmasında oynayacağam. Lakin buna baxmayaraq, yenə də Litva millisindən ümidini üzmür. Aprelin 20-dək yəqin onlar da heyəti açıqlayar və bu məsələ bitər.
- Azərbaycan çempionatı ilə bağlı nə deyə bilərsiz? Artıq pley-off matçlarına 3 gün qalıb...
- Fikrimcə, rəhbərlik etdiyim “Qala” “NTL-Tudor”u keçəcək. Digər cütdə isə “Araz” “Çağ-Öyrətim”ə qalib gələcək. Nəticədə finalda yenə Naxçıvan təmsilçisi ilə oynayacağıq. Üçüncü yer uğrunda görüşlərdə isə “NTL-Tudor”u “Çağ-Öyrətim”i uda bilər. Lakin bunlar hələlik proqnozlardır və hər şeyə oyunlardan sonra aydınlıq gələcək.
- Bəs “Qala” “Araz”ın çempionluq seriyasını dayandıra biləcəkmi?
- Mən uşaqların hamısına demişəm. Bu il çempion olmalıyıq. Onlarla ikinci dövrədəki oyunumuz da göstərdi ki, qalib gələ bilərik. Hətta matçın başa çatmasına 20 saniyə qalmış hesab 92:92 idi. Lakin sonda top bizdə olsa da, bunu xala çevirə bilmədik və “Araz” 2 top fərqi ilə qələbə qazandı. Artıq AZTOP-un aparıcı 2 basketbolçusunu da heyətimizə cəlb etmişik. Onların da komandamıza böyük köməyi olacaq.

0
0