“Bakı”nın qəniminin adı açıqlandı
29.03.2012 - 08:44
“Bakı”nın qəniminin adı açıqlandı
Qadın voleybolçular arasında “Çelenc Cup”ın final mərhələsinin “Bakı” – “Lokomotiv” oyununun ən yaxşı voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın 3:2 hesabı ilə qalib gəldiyi matçın qəhrəmanı amerikalı legioneri Nansi Metkalf olub.

O, komandasına 26 xal qazandırmaqla bombardier adına yiyələnib. “Lokomotiv”in digər voleybolçuları - Aleksnadra Samoylova 14, Elişa Tomasla Kremena Kamenova hərəyə 10, İvana Miloş 9, Diana Nenova və Yelena Parxomenko hərəyə 1 xal qazanıblar.

“Bakı”nın heyətində isə ən güclü Renata Kolombo olub. O, 22 dəqiq zərbəyə sevinib. Paytaxtın eyni adlı klubunun digər üzvləri - Rafaella Kalloni 17, Cibele Barboza 16, Reqan Hud 12, İnqrid Visser 8, Bilyana Gliqoroviç 5 və Alessandra Fratoni 1 xal qazanıblar.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 1-də olacaq.