“Onlar daha emosional oynadıqları üçün qalib gəldilər”
29.03.2012 - 10:02
“Rəqib çox yaxşı oynadı. Bu qarşılaşmada daha emosional komanda qalib gəldi”. Apasport. az saytının məlumatına görə, bunu “Bakı” voleybol klubunun baş məşqçisi Ancelo Vercesi deyib.
Təcrübəli mütəxəssis “Çelenc Cup”ın final mərhələsinin ilk oyununda “Lokomotiv”in güclü olduğunu etiraf edib. Onun sözlərinə görə, cavab matçında qisas almağa çalışacaqlar: “Final oyununda isə biz eyni cür emosional oynayacaq. Belə olan halda isə qalib tərəf “Bakı” olacaq”.
Qeyd edək ki, ilk matçda 2:3 hesabı ilə uduzan “Bakı” cavab görüşünə aprelin 1-də çıxacaq.

0
0