“İqtisadçı”dan çimərliyə - FOTO
29.03.2012 - 11:38
“İqtisadçı”dan çimərliyə - FOTO
Zədələndikdən sonra “İqtisadçı”nın heyətindən kənarlaşdırılan braziliyalı voleybolçu Erika Koimbra özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Super Liqada və CEV kubokunda daima universitet komandasının bombardiri və ən yaxşı oyunçusu seçilən legioner özünü çimərlik voleybolunda sınamağa qərar verib.

Belə ki, 2 ay öncə cərrahiyyə əməliyyatı olunan 32 yaşlı Erika həftədə 2 dəfə məşqlərə start verib və tanınmış braziliyalı məşqçi İzabelin rəhbərliyi altında yeni komanda yaradıb. O, həmyerlisi Kerol Solberqlə cütlük təşkil edərək turnirlərə qatılacaq: “İzabel kimi məşqçinin rəhbərliyi altında çıxış etmək mənim üçün böyük bir şərəfdir. O özü də vaxtı ilə oyunçu olub və voleybolu bir baxışla oxuyur. O, bizə qarşı çox tələbkardır. Amma onu anam kimi sevirəm”.

Müəyyən müddətdən sonra vətəninə dönən Koimbra buradakı bahaçılıqdan da şikayətlənib: “Rio-de-Janeyroda çox bahalıdır. Lakin mən özüm-özümü dolandıra bilirəm. Zədəm o qədər ağır idi ki, əməliyyatdan 2 ay keçməsinə baxmayaraq, hələ də onun əziyyətini çəkirəm”.

Qeyd edək ki, adətən “Sərhədçi” Olimpiya Mərkəzində oyunlara çıxan voleybolçu CEV kubokunun 1/8 final mərhələsində “Yamamay”la (İtaliya) oyundan öncə əməliyyat olunmuşdu.