Faiq Qarayev dünya şöhrətli məşqçi ilə əvəzləndi
29.03.2012 - 11:42
Faiq Qarayev “Azərreyl” klubunun baş məşqçisi postundan uzaqlaşdırılır. Apasport.az saytının xəbərinə görə, artıq “dəmiryolçular”ı yeni mövsümdə hansı mütəxəssisin çalışdıracağı da bəllidir.
Belə ki, komandanın “sükanı arxası”na dünya şöhrətli italiyalı məşqçi Alessandro Çiappini gətirilir. Onun bu gün Bakıda olacağı və müqavilənin şərtləri ilə tanış olacağı bildirilir.
Çempionlar Liqasının 1/8 final mərhələsində “Rabitə”nin mübarizədən kənarlaşdırdığı Polşanın “Atom” klubunu çalışdıran təcrübəli mütəxəssislə ilkin razılığa gəlinib.
Qeyd edək ki, məşqçilik karyerasına 1998-ci ildən başlayan 43 yaşlı Çiappini Türkiyə (2007-2010) və Peru (2011) yığmaları ilə yanaşı, “Medineks” (1998-2000), “Foppapetretti” (2000-2002) və digər tanınmış klublarda çalışıb.O, İtaliya kuboku, Super Kubokuna (2006) sahib olub, hazırkı CEV kubokunun qızıl və bürünc (2006, 2007) medallarını qazanıb. Mütəxəssis həmçinin, Türkiyə milli komandasına 2009-cu ildə Avropa Liqasının gümüş, 1 il sonra bürünc medallarını qazandırıb. 2 gün öncə isə “Atom”u Polşa çempionu edib.

0
0