“Bakıdakı “Dördlər finalı” yüksək səviyyədə təşkil edilmişdi”
29.03.2012 - 18:29
“Bakıdakı “Dördlər finalı” çox yüksək səviyyədə təşkil edilmişdi. Mən yalnız təsəvvür edə bilərəm ki, “Rabitə” və ya “Azərreyl” həlledici mərhələdə oynasaydı nə baş verə bilərdi. Bu zaman tribunlar tam dolu olacaqdı, bir sözlə, sadəcə zala girmək belə mümkün olmayacaqdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının və “Azərreyl”in sabiq voleybolçusu İnessa Qorxmaz deyib.
Hazırda menecerlik edən “Top-komandalar kuboku”nun qalibi ötən həftə Bakıda keçirilən Çempionlar Liqasının “Dördlər finalı”nı canlı izləyib. O, paytaxtımıza gələn qonaqların buradan xoş təəssüratlarla ayrıldığını deyib: “Yerli azarkeşlər “Fənərbaxça”nı dəstəkləyirdilər. Onları başa düşmək olar. Çünki “Dördlər finalı” yerli komandalar olmadığından keçirilirdi. Lakin fikrimcə, bunun təsiri olmadı. Ötən həftəsonu Bakıda olanlar həm azərbaycanlıların xoş münasibətini, həm təşkilatçıların hazırlığını, həm də gözəl ab-havanı qeyd edirlər”.
Rusiya mətbuatına müsahibə verən Qorxmaz “Fənərbaxça”nın çempionluğunun qanunauyğunluğunu da vurğulayıb. O bildirib ki, “Kann”ın ikinci, “Dinamo”nün üçüncü və “Villa Kortese”nin dördüncü olması da öz güclərindən xəbər verir.
Qeyd edək ki, hazırda Türkiyədə yaşayan İnessa sabiq komanda yoldaşı Yelena Şabovta ilə birgə çalışır.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0