Həlledici oyun üçün polşalı
30.03.2012 - 11:01
Qadın voleybolçular arasında “Çelenc Cup”ın final mərhələsinin cavab oyununu idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Azərbaycan duelinə – “Lokomotiv” – “Bakı” matçına polşalı Katarzina Sokolu baş hakim təyin edib. Aprelin 1-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq qarşılaşmada Yevgeni Makşanov ikinci referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, ilk matçda “Lokomotiv” 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ilk matçda “Lokomotiv” 3:2 hesabı ilə qalib gəlib.
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0