Azərbaycan çempionatından Almaniya yığmasına - FOTO
30.03.2012 - 12:10
Qadın voleybolçulardan ibarət Almaniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Covanni Quidetti mayın 1-6-da Ankarada keçiriləcək Olimpiya Təsnifat Turnirinin final mərhələsi üçün güvənəcəyi heyətə Azərbaycan Super Liqasında forma geyinən 1 voleybolçunun da adını daxil edib.
Bu, “Rabitə” ilə dünya çempionu olan Keti Radzuveytdir. O, Azərbaycan çempionatı başa çatdıqdan – aprelin 15-dən sonra yığmaya qoşulacaq.
Qeyd edək ki, Almaniya yığması Xorvatiya, Bolqarıstan və Türkiyə millisi ilə eyni qrupda yer alıb.

0
0