Pley-off mərhələsinə start
30.03.2012 - 15:36
Pley-off mərhələsinə start
Sabah kişi basketbolçular arasında Azərbaycan çempionatında pley-off matçlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsində ilk “4-lük”də qərarlaşan komandalar münasibətlərinə aydınlıq gətirəcəklər.

Günə “Araz” – “Çağ Öyrətim” matçı ilə start veriləcək. Naxçıvan təmsilçisi görüşün aşkar favoritidir. Onların təsnifat mərhələsində olduğu kimi “Çağ Öyrətim”ə asan qələbə qazanacaqları gözlənilir.

Pley-offun digər cütündə “Qala” “NTL-Tudor”u sınağa çəkəcək. Qarşılaşmanın gərgin keçəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olar. Çünki çempionatın ilk turunda Elxan Əliyevin yetirmələri 96:62 hesabı ilə qalib gəlsələr də, heyətlərində digər komandanın basketbolçusu oynadığı üçün texniki məğlubiyyətlə üzləşmişdilər. Düzdür, onlar bunun qisasını II dövrədə aldılar. Məhz bu səbəbdən də cütün taleyinin ilk oyunda müəyyənləşməyəcəyi proqnozlaşdırılır.

Pley-off mərhələsi, birinci oyunlar
31 mart


12.00. “Araz” – “Çağ Öyrətim”
I dövrə: “Çağ öyrətim” - “Araz” - 43:88
II dövrə: “Araz” – “Çağ Öyrətim” – 73:53

13.30. “Qala” – “NTL-Tudor”
I dövrə: “NTL-Tudor” texniki qələbə qazanıb.
II dövrə: “Qala” – “NTL-Tudor” – 68:53

Qeyd edək ki, mərhələ adlamaq üçün hər komanda 2 qələbə qazanmalıdır.