“Azəryolservis” Super Liqanın qalibidir - FOTO
30.03.2012 - 17:38
Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatına yekun vurulub. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempion adına “Azəryolservis” komandası layiq görülüb. “İqtisadçı”nın ikinci olduğu yarışda fəxri kürsünün üçüncü pilləsinə “Bakı” qalxıb. “Rabitə” isə çempionatı IV pillədə başa vurub.
Qeyd edək ki, yarışda 6 komanda mübarizə aparırdı. İlk 2 dövrədən sonra ilk dördlük finalda dairəvi şəkildə oynayıblar.
Əvəzedicilərin çempionatında mübarizə aparan klubların hər biri isə gənc voleybolçulardan qurulub. Çempion “Azəryolservis”in tərkibində mübarizə aparan oyunuçuların yarısı aprelin 11-də Slovakiyada keçiriləcək gənclər arasında Avropa çempionatının II seçmə mərhələsində ölkəmizi təmsil edəcəklər.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0