“Araz” və “Qala” pley-offa qələbə ilə başladı
31.03.2012 - 15:20
“Araz” və “Qala” pley-offa qələbə ilə başladı
Kişi basketbolçular arasında Azərbaycan çempionatında pley-off matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsində ilk “4-lük”də qərarlaşan komandalar münasibətlərinə aydınlıq gətiriblər.

Günə “Araz” – “Çağ Öyrətim” matçı ilə start verilib. Naxçıvan təmsilçisi görüşün aşkar favoriti olduğunu meydanda da göstərib. Onların təsnifat mərhələsində olduğu kimi “Çağ Öyrətim” üzərində yenə asan qələbə qazana bilib.

Pley-offun digər cütündə “Qala” “NTL-Tudor”u sınağa çəkib. Qarşılaşma “Qala”nın 19 xallıq fərqlə qələbəsi ilə başa çatıb.

Pley-off mərhələsi, birinci oyunlar
31 mart


“Araz” – “Çağ Öyrətim” - 89:50
I dövrə: “Çağ öyrətim” - “Araz” - 43:88
II dövrə: “Araz” – “Çağ Öyrətim” – 73:53

“Qala” – “NTL-Tudor” – 88:69
I dövrə: “NTL-Tudor” texniki qələbə qazanıb.
II dövrə: “Qala” – “NTL-Tudor” – 68:53

Qeyd edək ki, mərhələ adlamaq üçün hər komanda 2 qələbə qazanmalıdır.