Kremena Kamenova: Bu, əsəblərin oyunu idi - MÜSAHİBƏ
02.04.2012 - 09:47
Bakının “Lokomotiv” klubunun bolqarıstanlı voleybolçusu Kremena Kamenovanın apasport.az saytına müsahibəsi
- Təbrik edirik, əzmkar oyunla “Çelenc Cup” kubokuna sahib oldunuz.
- Çox sağ olun, bizim əsas məqsədimiz yarışın qalibi olmaq idi. Sevinirik ki, istəyimizə çatdıq.
- Amma qələbə elə də asan olmadı. Yəqin ki, rəqibin ciddi müqaviməti ilə üzləşəcəyinizi gözləyirdiniz...
- Təbii. Hamı gördü ki, əsl gərgin mübarizə necə keçir və qalib kimdir. Ən əsası sonadək oynayıb, öz gücünü göstərməkdir. Biz bunu bacararaq, axıra kimi döyüşdük və istəyimizə çatdıq.
- Bəs oyunun bir müddət sizin, sonra isə rəqibin tərəfində olmasını nə ilə izah edərdiniz?
- Elədir, matç belə alındı. Oyunun müəyyən hissəsində bizim, digərində “Bakı”nın üstünlüyü oldu. Bu, əsəblərin oyunu idi. Kimin əsəbləri güclü idisə, o da qalib gələcəkdi. Axı, bu finaldır və orada belə mübarizə olur.
- “Qızıl set”də tay-brekə nisbətən yaxşı oynadınız. Bunun səbəbi nədir?
- Artıq bu son şans idi. Mövsümün son hissəsi olduğumuz üçün özümüzü toparladıq və nəyə qadir olduğumuzu göstərdik. Bu zaman həm çox diqqətli, həm də inamlı oynamaq əsas məqsədimiz idi. Yekunda da bu öz bəhrəsini verdi və çempion adını qazandıq.
- Bu, sizin “Çelenc Cup”da ikinci finalınız idi. Necə fikirləşirsiz, bu qələbə komandanıza əlavə güc verəcəkmi?
- Həqiqətən də biz ikinci ildir “Çelenc Cup”ın finalına yüksəlirik. Hər ikisində mən də iştirak etmişəm, bütün oyunlar gərgin keçib. Ötən il “Azərreyl”lə oynadıq, lakin son anda çempionluğu əldən verdik. “Bakı”ya gəlincə, onlar da yaxşı komandadır. Amma rəqib bizdən fərqli, avrokubokda debüt edirdi. Bizim isə artıq bu yarışda təcrübəmiz var. Artıq biz bilirik ki, finalda necə oynamaq lazımdır və bunu da göstərdik.
- Bu qələbənin Super Liqanın final mərhələsində köməyinizə gələcəyinə inanırsız?
- Bəli, artıq bu yarışı çempion kimi başa vurduq. İndi bütün gücümüzü Super Liqaya yönəldib, orada da mükafat qazanmağa çalışacağıq.

0
0