“İqtisadçı”nın qənimi qitənin ən güclüsü oldu
02.04.2012 - 10:05
“İqtisadçı”nın qənimi qitənin ən güclüsü oldu
Qadın voleybolçular arasında CEV kubokunun qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, analoji yarışda qitənin ən güclüsü adına İtaliyanın “Yamamay” klubu layiq görülüb.

Belə ki, onlar Türkiyənin “Qalatasaray” komandasına səfərdə 3:1 hesabı ilə uduzsalar da, evdə bunun qisasını alıblar – 3:1 (25:19, 26:13, 23:25, 25:23). Ardınca isə “Yamamay” “Qızıl set”də də “sarı-qırmızılar”a 15:9 hesabı ilə qalib gələrək, CEV kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu yarışda mübarizə aparan Bakının “İqtisadçı” klubunu məhz “Yamamay” 1/8 finalda mübarizədən kənarlaşdırmışdı.