“İqtisadçı”da ilk italiyalı!
04.04.2012 - 09:36
“İqtisadçı”da ilk italiyalı!
Bakının “İqtisadçı” klubu yenicə yollarını ayırdığı Yuko Sanoya əvəzləyici tapıb. Apasport.az saytının məlumatına görə, universitet komandası yaponiyalı legionerin yerini italiyalı Stefanya Sansonna tutacağını rəsmən açıqlayıb.

Belə ki, 30 yaşlı voleybolçu ilə hələlik final mərhələsinin sonuna – aprelin 15-nə kimi müqaviləyə imza atılıb. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda komandada çıxışını davam da etdirə bilər.

Qeyd edək ki, Sansonna İtaliyanın “Novara” klubundan transfer olunub. Bununla da o, komanda tarixinə ilk Apennin təmsilçisi kimi düşüb.