“Azərbaycanla yanaşı, vətənim İtaliyadan da təklif almışdım”
04.04.2012 - 10:06
“Azərbaycanla yanaşı, vətənim İtaliyadan da təklif almışdım”
“Mən Azərbaycanla yanaşı, doğma vətənim İtaliyadan da təklif almışdım”. Apasport.az saytının məlumatına görə, bunu növbəti mövsümdə “Azərreyl”i çalışdıracaq Alessandro Çiappini deyib.

Məşhur italiyalı mütəxəssis bildirib ki, Bakı klubundan aldığı təklif daha yaxşı olub: “Artıq 6 ildir ölkəmdən kənarda işləyirəm. Hərdən düşünürəm ki, qayıtmaq vaxtıdır. Ancaq mən daha yaxşı komanda axtarışında olmuşam. Çünki peşəkaram. Voleybol mənim işim və həyatımdır”.

Qeyd edək ki, son 2 ildə Polşanın “Atom” klubunu çalışdıran Çiappini “Azərreyl”lə 2012/2013 mövsümü üçün müqavilə imzalayıb.