Rekordun 4 addımlığında
05.04.2012 - 08:28
İspaniyanın “Real” klubunun hücum “trio”su rekorda daha da yaxınlaşıb. Apasport.az saytının məlumatına görə, Kriştianu Ronaldo, Kərim Benzema və Qonzalo İquayn “üçlüy”ü cari mövsümdə burduqları qolların ümumi sayını 97-yə çatdırıb. Bu isə “Barselona”nın ulduzlardan ibarət “triosu”nun rekordundan cəmi 4 qol azdır. 2008/09 mövsümündə Lionel Messi (38), Samuel Etoo (36) və Tyerri Anri (26) birlikdə 101 dəfə fərqlənmişdilər. Mövsümün sonuna ayyarım qaldığında bu rekordun qırılacağı qaçılmaz görünür.
Ronaldonun özü isə cari mövsümün 45 oyununda vurduğu qolların ümumi sayını 49-a çatdırıb. O, Çempionlar Liqasının 1/4 final mərhələsinin APOEL-lə oyunundakı dubl sayəsində bu yarışdakı qol sayını 36-ya yüksəldib. Bununla da o, yarışın tarixində 10-cu bombardir kimi düşüb. 21 dəfə “Real”, 15 dəfə “Mançester Yunayted”də fərqlənən hücumçu komandasının əfsanəsi Ferens Puşkaşa çatıb.

0
0