Faiq Qarayev əməliyyat olundu
05.04.2012 - 17:24
Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandamızın baş məşqçisi Faiq Qarayev əməliyyat olunub. Apasport.az saytının xəbərinə görə, Qarayev bu gün Mərkəzi Gömrük Hospitalında ayaq nahiyəsindən - damar genişlənməsi diaqnozu ilə cərrahi əməliyyatına məruz qalıb.
Onun vəziyyəti haqda hospitaldan rəsmi məlumat verilməsə də, səhhətinin normal olduğu və yaxın günlərdə evə buraxılacağı deyilib.
Onun vəziyyəti haqda hospitaldan rəsmi məlumat verilməsə də, səhhətinin normal olduğu və yaxın günlərdə evə buraxılacağı deyilib.
0
0