Bir oyunda 113 xal yığdı
05.04.2012 - 23:57
Bir oyunda 113 xal yığdı
Livanın “Moutahed” klubunun müdafiəçisi Məhəmməd Əl-Akkari bir oyunda 100 və daha çox xal toplayan basketbolçular klubuna düşüb. Apasport.az saytının məlumatına görə, tarixi hadisə ölkə çempionatında “Beyeh”lə oyunda baş verib.

Əl-Akkari komandasının 173:141 hesabı ilə qalib gəldiyi görüşdə 113 xal yığıb. O, rəsmi matçlarda belə nailiyyətə imza atmış ilk asiyalı olub. Livanlı basketbolçunun bu mövsüm orta məhsuldarlığı 7,6 xal təşkil edib.

Qeyd edək ki, məşhurlar arasında 100 xal yığan basketbolçu Uilt Çemberlendir. O, MBA-da 50 il öncə belə məhsuldarlığa nail olub. O vaxtdan dünyanın aparıcı liqasında ona Kobi Brayant yaxınlaşıb. Brayant 2006-cı il yanvarın 22-də 81 xal toplayıb.