Azərbaycan çempionatında 1 əvvəlki final
06.04.2012 - 08:47
Azərbaycan çempionatında 1 əvvəlki final
Kişi basketbolçular arasında Azərbaycan çempionatında pley-off matçlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, təsnifat mərhələsində ilk “4-lük”də qərarlaşan komandalar finalçıları müəyyənləşdiriblər.

“Araz” – “Çağ Öyrətim” duelində naxçıvanlılar, “Qala” “NTL-Tudor” cütündə isə Elxan Əliyevin yetirmələri həlledici mərhələyə yüksəliblər. Onlar rəqiblərinə qarşı keçirdikləri hər 2 matçda qələbə qazanıblar.

Beləliklə, finalda ötən il olduğu kimi “Qala” – “Araz” görüşü keçiriləcək. Üçüncü yer uğrunda isə “Çağ Öyrətim”lə “NTL-Tudor” oynayacaq.

Pley-off mərhələsi, ikinci oyunlar

“Çağ Öyrətim” - “Araz” – 63:100
I dövrə: “Çağ öyrətim” - “Araz” - 43:88
II dövrə: “Araz” – “Çağ Öyrətim” – 73:53
Pley-off mərhələsi: “Araz” – “Çağ Öyrətim” - 89:50

“NTL-Tudor” – “Qala” – 68:83
I dövrə: “NTL-Tudor” texniki qələbə qazanıb.
II dövrə: “Qala” – “NTL-Tudor” – 68:53
Pley-off mərhələsi: “Qala” – “NTL-Tudor” – 88:69