“Azərreyl” Olimpiya çempionunu da istəyir
06.04.2012 - 09:32
Bakının “Azərreyl” klubunun heyətinə qatmaq istədiyi daha bir ulduz voleybolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, növbəti mövsümdə Çempionlar Liqasının (ÇL) qalibi olmaq arzusunda olan “dəmiryolçular” Türkiyənın “Fənərbaxça” komandasının növbəti oyunçusuna elçi düşüblər.
Bu, “sarı-lacivərdlilər”lə ÇL-in qalibi olmuş 27 yaşlı braziliyalı legioneri Fabiana Klaudinodur. “Azərreyl” Pekin-2008-in qızıl mükafatçısı, Dünya Qran-prisin 4 qat qalibi, dünya çempionatının və Dünya Kubokunun ikincisini heyətində görməyə və ona çox yüksək transfer məbləği ödəmək arzusundadır. Braziliya yığmasında 70 oyun keçirən 194 sm boya malik voleybolçu isə hələ təklifi götür-qoy edir. Onunla digər iddialı klublar da maraqlandığından ən yaxşısını seçəcək. Dünya Qran-prisinin ən yaxşı blokçusunun “Fənərbaxça”da da qalması istisna edilmir. Lakin Türkiyədə legioner limiti olması və Klaudinonun daha çox ehtiyatda qalması voleybolçunun “Azərreyl”in xeyrinə seçim etməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, yeni mövsüm üçün italiyalı Alessandro Çiappinini “sükanı” arxasına gətirən “Azərreyl”in “Fənərbaxça”nın cənubi koreyalı ulduzu Yeon Kinq Kimin də transferini bugünlərdə həyata keçirəcəyi gözlənilir.

0
0