“Rabitə” I dövrədə liderliyini təmin etdi - YENİLƏNİB
07.04.2012 - 17:01
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçı lider “Rabitə” ilə “Bakı” arasında olub.
Matçda son Azərbaycan çempionları gözlənildiyi kimi xal itirməyiblər. Onlar təsnifat mərhələsindəki kimi rəqiblərinə yenə asan qalib gəliblər.
Oyunun ilk dəqiqələri hər 2 komanda üçün çətin keçib. İlk texniki fasiləyə isə “Bakı” öndə yollanıb – 6:8. Lakin bundan sonra təşəbbüsə yiyələnən Zoran Qayiçin yetirmələri xalı xal ardınca qazanıblar. İkinci texniki fasilədən sonra (16:14) dünya çempionlarının 9 dəqiq zərbəsinə paytaxtın eyni adlı klubu cəmi 2 xalla cavab verib – 25:16.
Növbəti hissədə “Bakı” oyunda tarazlıq yaratmaq istəsə də, “Rabitə” buna imkan verməyib. Ardıcıl 2 setdə də rəqibindən üstün olan komanda yekunda final mərhələsində 3-cü “quru hesablı” qələbəsini rəsmiləşdirib.
Günün ikinci - “Lokomotiv” – “İqtisadçı” matçında isə favorit hesab olunan “dəmiryolçular” qələbəni bayram ediblər. Onlar “tələbələr”in də sensasiya etməsinə imkan verməyərək, növbəti 3 xallarını qazanıblar.
Belə ki, 0:2 hesabı ilə geridə olan “İqtisadçı” üçüncü hissədə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb və 1:3 hesabı ilə uduzub.
Beləliklə, sabah keçiriləcək final mərhələsinin I dövrəsinin son turunun nəticəsindən asılı olmayaraq, “Rabitə” bu gün qazandığı 3 xal sayəsində ilk yarıda liderliyini təmin edib. Çünki IV turda 3:1 hesabı qələbədən sonra ikinci pilləyə yüksələn “Lokomotiv” sabah istirahət edəcək.
7 aprel
Final mərhələsi, IV tur
“BAKI” – “RABİTƏ” - 0:3 (16:25, 20:25, 23:25)
İlk dövrə: “BAKI” – “RABİTƏ” - 0:3 (16:25, 23:25, 18:25)
İkinci dövrə: “RABİTƏ” – “BAKI” - 3:1 (19:25, 25:14, 25:19, 25:23)
“LOKOMOTİV” – “İQTİSADÇI” - 3:1 (25:19, 25:22, 20:25, 25:20)
İlk dövrə: “İQTİSADÇI” – “LOKOMOTİV” - 0:3 (24:26, 21:25, 20:25)
İkinci dövrə: “LOKOMOTİV” – “İQTİSADÇI” - 3:0 (25:21, 22:25, 21:25)
Qeyd edək ki, bu gün “Azərreyl” istirahət edib.

Rabitə | 3 | 3 | 0 | 9-0 | 225-153 | 9 |
Lokomotiv | 4 | 2 | 2 | 6-7 | 272-309 | 6 |
Azərreyl | 3 | 2 | 1 | 6-5 | 260-236 | 5 |
Bakı | 3 | 1 | 2 | 3-6 | 193-203 | 3 |
İqtisadçı | 3 | 0 | 3 | 3-9 | 234-283 | 1 |

0
0