İspanlara qalib gəlib, Azərbaycan çempionu ilə oynayacaq
07.04.2012 - 10:00
İspanlara qalib gəlib, Azərbaycan çempionu ilə oynayacaq
Qadın otüstü hokkeyçilər arasında İspaniyanın San-Sebastyan şəhərində keçirilən Avropa Kuboku uğrunda turnirin ilkin mərhələsində ilk turun oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Atasport” klubunun istirahət etdiyi A qrupunda “Hertogenboş” (Hollandiya) “Futbol SAD”ı (İspaniya) sınağa çəkib.

Matç hollandların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Hertogenboş” bu gün Azərbaycan çempionunu sınağa çəkəcək.