Final mərhələsinin vaxtı dəqiqləşdi
07.04.2012 - 15:27
Final mərhələsinin vaxtı dəqiqləşdi
Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Araz”la “Qala”nın oynayacağı həlledici matçlar aprelin 14-də start götürəcək. Çempion adına 3 qarşılaşmada qalib olan kollektiv layiq görüləcək.

Üçüncü yer uğrunda matçlar da eyni gündə başlayacaq. Lakin “Çağ Öyrətim” və “NTL-Tudor“ arasında olacaq dueldə 2 dəfə qələbə qazanan klub mükafata sahib çıxacaq.