Yunis Hüseynov: Bu, məni heç qane etmədi
07.04.2012 - 17:14
Yunis Hüseynov: Bu, məni heç qane etmədi
“Qəbələ” bütün oyunlarda yaxşı oynayır, hücum futbolu nümayiş etdirir”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

O, bu gün Premyer Liqanın XXVII turu çərçivəsində “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyunda yetirmələrindən razı qalmayıb: “Qələbə qazanmağımız futbolçulardan razı qalmağımız anlamına gəlməməlidir. Bəzi epizodlarda onlardan narazı qaldığım məqamlar oldu. Uşaqlarda yorğunluq hiss olunurdu. Son 10-15 dəqiqədə də hesabı qorumağa çalışdıq. Bu da məni heç qane etmədi. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq”.